Baş naziri yumruqla vuran şəxs barədə məhkəmə qərar verib.
Teleqraf.com xəbər verir ki, iyunun 7-də Danimarkanın Baş naziri Mette Frederikseni yumruqlayan 39 yaşlı Polşa vətəndaşı hakim qarşısına çıxarılıb.
Prokuror hücum edən şəxsin hadisə zamanı sərxoş olduğunu və Baş nazirlə qarşılaşmazdan əvvəl mağazadan spirtli içki oğurladığını deyib. Bundan başqa hücum edən şəxsin 5 il əvvəl Danimarkaya köçdüyü və dəfələrlə oğurluğa görə həbs edildiyi bildirilib.
Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamları rədd edib və baş verənləri xatırlamadığını deyib.
Məhkəmə hücum edən şəxsin həbsdə qalması və növbəti prosesin iyunun 27-də keçirilməsinə qərar verib.