Bu gün İranda 14-cü prezident seçkiləri keçiriləcək.
Teleqraf.com xəbər verir ki, İranın vitse-prezidenti Əmirhüseyn Qazizadə Haşimi artıq namizədliyini geri götürüb.
Növbədənkənar prezident seçkilərində namizədlər aşağıdakılardır:
-Parlament sədri Məhəmmədbağır Qalibaf
-Parlament üzvü Məsud Pezeşkian
-Tehranın meri Əlirza Zakani
-İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin təşhülkəsizlik şurasındakı nümayəndəsi Səid Cəlili
-Sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi
Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzasında öləndən sonra növbədənkənar prezident seçkiləri elan edilib.