1 İyul 01:47
320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Panama Məhkəməsi çirkli pulların yuyulması ittihamı ilə 28 nəfərə bəraət hökmü çıxarıb.

Teleqraf.com yerli mediaya istinadən xəbər verir ki, hakim sübutların cinayət məsuliyyətini müəyyən etmək üçün kifayət etmədiyini deyib.

Bəraət alanlar arasında "Mossack-Fonseca" Hüquq Firmasının qurucuları Yurgen Mossak və 2024-cü ildə vəfat edən Ramon Fonseca da var.

Apreldə keçirilən ilk iclasda Panama Prokurorluğu həmin vaxt sağ olan Ramon Fonseka və Yurgen Mossaka 12 il həbs cəzası istəyib.

“Panama sənədləri” 1970-ci ildən 2016-cı ilə qədər 214.000-dən çox ofşor təşkilatın maliyyə məlumatlarını, onlarla adı ehtiva edən 2.6 terabaytlıq 11.5 milyon sənəddən ibarət idi.

Siyahıya o vaxt İspaniyanın La Liqa komandası Barselonada çıxış edən argentinalı Lionel Messi, İslandiyanın keçmiş baş naziri Siqmundur Qunnlauqsson və Pakistanın keçmiş baş naziri Navaz Şərif kimi yüzlərlə idmançı və siyasətçilər daxil idi.


Müəllif: Arzu