2 İyul 13:42
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Avropa ölkələrinin beyin mərkəzləri Rusiyanın Hindistandan alüminium almasının səbəblərini araşdıracaqlar.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ukrayna ilə müharibə Rusiyanı daxili bazarda daha bir çətinliklə üzləşdirib, ölkə ilk dəfə Hindistandan alüminium tədarük edib:

“Məsələ burasındadır ki, Rusiya özü bu günə qədər alüminiumun dünyada ikinci ən böyük ixraçatcısı idi. Rusiya ötən ilin sonunda bu metalın tədarükünü 6.5 milyard dollara çatıb. Buna baxmayaraq, Hindistan apreldə Rusiyaya 16.5 milyon dollar dəyərində 44.8 min ton xam alüminium ixrac edib.

Görünür, Rusiyanı Hindistandan alüminium almasına səbəb daxili bazardakı çətinliklər olub. Rusiyanın Hindistandan alüminium alması Moskvaya qarşı sərt sanksiyalar tətbiq edən Qərbin diqqətini çəkəcək. Zatən, Qərb ölkələri daha əvvəl Hindistana Rusiyaya almaz idxalına qadağalar qoymuşdu. Bu durum Dehlini narahat edir. Çünki bu məhdudiyyət Hindistanın almaz istehsalı sənayesinə zərər vurub.

Hindistan Baş naziri Narendra Modi Dehlinin məsələylə bağlı narahatlığını bir neçə dəfə “Böyük Yeddilər”in toplantısında səsləndirib. Görünür, ABŞ və Avropa ölkələrinin beyin mərkəzləri hazırda Rusiyanın Hindistandan alüminium almasının səbəblərini araşdırmağa başlayacaqlar”.


Müəllif: Mənsur Rəğbətoğlu