Yunanıstanda iyulun 1-dən qüvvəyə minən 6 günlük (ümumilikdə 65 saat) iş həftəsi etirazlara səbəb olub.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, Avropa ölkələrinin 4 günlük iş həftəsi rejiminə keçdiyi dönəmdə Yunanıstanda “6 günlük iş həftəsi”nə keçid narazılıqlar yaradıb.
"Eurostat"ın 2023-cü il məlumatları göstərir ki, Yunanıstanda orta iş saatı həftədə 39,8 saatdır ki, bu da Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında ən yüksək göstəricidir.
Hollandiya həftəlik iş saatı 32,4 saatla ən az olan ölkədir. Avropanın orta göstəricisi həftədə 36,1 saatdır.