Malinin Djiguibombo kəndi naməlum şəxslərin hücumuna məruz qalıb.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, terror aktında 20 mülki vətəndaş həyatını itirib.
Sahel bölgəsində "3 ölkə sərhədi" kimi tanınan Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl Qaidə və DEAŞ-a bağlı qrupların hücumlarına məruz qalıb.
Terror təşkilatları 2013-cü ildən bəri Malidə hücumlarını davam etdirir.