Kaliforniyada havaların isti keçməsinə görə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Teleqraf.com xəbər verir ki, "Pacific Gas and Electric" şirkəti müştərilərini öncədən məlumatlandırıb. Təxminən 12 min müştəri həddindən artıq temperatur və yanğın riski səbəbindən elektrik enerjisində fasilələrlə üzləşəcək.
Havaların isti keçməsi elektrik xətlərinin qızmasına və meşə yanğınlarına səbəb olur.