İraqda silahlı hücumda iştirakda günahlandırılan 3 İsveç vətəndaşı edam cəzasına məhkum edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, 1 nəfərin cəzası ötən ay müəyyən edilib, digər 2 nəfərə isə bu yaxınlarda hökm oxunub.
Onlar bu ilin yanvar ayında İraqda digər İsveç vətəndaşını qətlə yetirməkdə günahkar biliniblər.