5 İyul 01:57
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Microsoft" işçilərinə qarşı "məzuniyyət" hüquqları ilə bağlı ayrı-seçkilik etməkdə ittiham olunur.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, "Microsoft" işçilərinin məzuniyyət hüququ ilə bağlı ayrı-seçkilik etdiyi üçün çətin günlər yaşayır.

ABŞ-ın Mülki Hüquqlar Departamenti şirkətin valideynlik, əlillik, hamiləlik və ailə qayğılarını əhatə edən məzuniyyət müavinətlərindən istifadə edən işçilərin daha aşağı bonuslar və mənfi performans qiymətləndirmələri ilə üzləşdiyini iddia edib.

Departament bildirib ki, şirkət bu ayrı-seçkiliyin qarşısını almaq üçün “kifayət qədər ehtiyat tədbirləri” görməyib.

Şirkətin müavinətlər üçün nəzərdə tutulan 14,4 milyon dollarlıq büdcəsinin böyük hissəsi birbaşa işçilərə xərclənəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər