İranda prezident seçkisinin ikinci turunda səsvermə başa çatıb və səslərin hesablanmasına başlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.
Seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 19:30) bağlanmalı idi, lakin istilərə görə, (Tehranda bu gün havanın temperaturu 40 dərəcəni keçib, ölkənin cənubunda isə 51 dərəcəyə çatıb) səsvermə üç dəfə uzadılıb, sonda Bakı vaxtı ilə 00:30-da başa çatıb.
23:34
İranda seçki məntəqələrinin işi prezident seçkisində səsvermə ilə əlaqədar üçüncü dəfə uzadılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.
"Ölkənin daxili işlər nazirinin (Əhməd Vahidinin) razılığı ilə ölkə üzrə seçki məntəqələrinin iş saatları bu dəfə saat 00:00-a (Bakı vaxtı ilə 01:30) qədər uzadılıb", - Eslami bildirib.
Səsvermə vaxtı artıq iki dəfə, əvvəl yerli vaxtla saat 18:00-dan 20:00-a, sonra isə saat 22:00-a qədər uzadılıb. Üçüncü uzadılma çox güman ki, sonuncu olacaq və bundan sonra səslərin hesablanması başlayacaq. İyunun 28-də keçirilən birinci turda da müddət üç dəfə uzadılıb və seçki məntəqələri yerli vaxtla gecə yarısı (Bakı vaxtı ilə 01:30) bağlanı
20:00
İranda seçki məntəqələrinin işi prezident seçkilərində səsvermə ilə əlaqədar ikinci dəfə iki saat uzadılıb.
Teleqraf.com xəbər verir ki, səsvermə yerli saatla 22:00-a qədər uzadılıb.
İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami bildlrib ki, səsvermə saatının uzadılması barədə çoxlu sayda çağırış olub və bu səbəbdən də müvafiq qərar qəbul edilib.
19:07
İranda növbədənkənar prezident seçkisinin ikinci turunda səsvermə vaxtı iki saat uzadılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami məlumat verib.
Eslami ölkə üzrə səsvermə vaxtının yerli vaxtla saat 20:00-a qədər uzadıldığını açıqlayıb.
09:00
İranda növbədənkənar prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb.
Teleqraf.com xəbər verir ki, bütün səslər hesablandıqdan sonra ölkədə seçkilərin nəticələrinin iyulun 6-da səhər saatlarında məlum olacağı gözlənilir.
Prezidentlik uğrunda 69 yaşlı keçmiş səhiyyə naziri, islahatçı Məsud Pezeşkian və İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı 58 yaşlı nümayəndəsi, mühafizəkar Səid Cəlili mübarizə aparır.
Qeyd edək ki, iyunun 28-də İranda 4 namizədin iştirakı ilə prezident seçkisi keçirilib. Birinci turda qalib müəyyən edilmədiyindən prezidentliyə namizədlər Məsud Pezeşkian və Səid Cəlili ikinci tura keçib.