6 İyul 21:33
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson son parlament seçkilərində Mühafizəkarların uğursuzluğunda Böyük Britaniyanın İslahat Partiyası və onun lideri Naycel Farajı günahlandırıb.

Teleqraf.com xəbər verir ki, siyasətçi bu barədə "Daily Mail"-in köşə yazısında yazıb.

“Bu uğursuzluğun sirri, Leyboristlərin dəstəyi çox zəif olduğu halda Torilərin necə uğursuzluğa düçar ola bilməsidir. Cavab dinozavrların yox olması kimi mürəkkəbdir. "deyə Conson əmindir.

Conson həmçinin qeyd edib ki, Böyük Britaniyanın İslahat rəhbəri Faraj "tori hökumətinin məhv edilməsində" mühüm rol oynayıb.

Bundan əvvəl “Politico” yazıb ki, Böyük Britaniyada keçirilən parlament seçkilərinin nəticələri ölkə sakinləri arasında siyasətdə ciddi məyusluqdan xəbər verir.

İyulun 4-də Böyük Britaniya parlamentinə seçkilər keçirilib. Leyboristlər Partiyası böyük qələbə qazanıb. Partiya lideri Starmer dərhal Britaniyanı dəyişməyə başlayacağına söz verib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər