7 İyul 09:44
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippinin sabiq prezidenti Rodriqo Duterte dövlət xəzinəsini talamaqda ittiham edilir.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu iddia ilə bağlı keçmiş senator Antonio Trillanes Ədliyyə Nazirliyinə şikayət edib.

Keçmiş senator iddia edir ki, sabiq prezident Rodriqe Duterte və onun müavini milyonlarla dollar dəyərində dövlət infrastrukturu tikinti tenderlərini öz tərəfdarlarına paylayıb və dövlət xəzinəsini talayıb. Antonio Trillanes iddia edib ki, 2007-2018-ci illər arasında ümumi dəyəri 114 milyon dollar olan 100-dən çox tender Dutertenin müavininin ata və qardaşına məxsus iki tikinti şirkətinə verilib. Sözügedən şirkətlərin irimiqyaslı infrastruktur tikintisini həyata keçirmək üçün resurs və ya işçi qüvvəsinin olmadığını müdafiə edən Trillanes Duterteni dövlət xəzinəsini talamaqda ittiham edib.


Müəllif: Arzu

Oxşar xəbərlər