7 İyul 15:40
1 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın yeni seçilən prezidenti Məsud Pezeşkiyan Azərbaycan əsilli türkdür.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Məsud Pezeşkiyan Azərbaycan əsilli türkdür. Məsələn, Təbrizdə türkcə danışır. Amma kürd bölgələrinə gedəndə orada da kürdcə danışa bilir. Həm də farscaya yaxşı hakimdir, bu dildə də danışa bilir. Əlaqə saxlayıb təbrik edəcəm. İnşallah, Türkiyə-İran münasibətləri gələcəkdə daha yaxşı olacaq. Üstəlik, regionda İranla ən yaxşı əlaqələrə malik ölkə Türkiyədir.

İran bizim tarixi və mədəni əlaqələrimiz olan mühüm qonşudur. Yeni dövrdə Türkiyə-İran ikitərəfli əlaqələrinin artan templə müsbət istiqamətdə inkişaf edəcəyini gözləyirəm", - Türkiyə lideri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər