7 İyul 18:48
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədə münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə səfər etmək üçün dəvət göndərəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan Almaniya səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Türkiyə ilə Suriya arasındakı münasibətləri keçmişdə olduğu nöqtəyə qaytarmaq üçün Əsədə dəvət göndərəcəyik. Dəvətimiz istənilən vaxt elan edilə bilər. Türkiyədə Əsədlə görüşlə bağlı cənab Putinin, İraqın baş nazirinin öz mövqeyi var", - deyə Türkiyə dövlət başçısı qeyd edib.

Ərdoğan əlavə edib ki, hazırda elə vəziyyət yaranıb ki, Bəşər Əsəd Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində addım atan kimi Türkiyə də ona qarşı eyni mövqedən çıxış edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər