5 Oktyabr 15:48
1 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın əmək məhkəməsi Almaniyanın “Mercedes-Benz” şirkətini işçilərə qarşı ayrı-seçkilik və zorakılıqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, San-Paulu əyalətindəki zavodda yol verilən ayrı-seçkiliyə görə şirkət təxminən 6,7 milyon avro ekvivalentində təzminat ödəməli və əməyin mühafizəsi tədbirləri görməlidir.

Buna baxmayaraq, “Mercedes” qərardan Braziliyanın ali əmək məhkəməsinə apellyasiya şikayəti verə bilər.

Məhkəmə 2004-2019-cu illər arasında Braziliyanın cənubunda yerləşən Kampinas şəhərindəki zavodda iş qəzalarında yaralanan və ya xəstə işçilərin “ləyaqəti alçaldan vəziyyətlərə” məruz qaldığını bildirib.

Qeyd edək ki, Kampinasdakı zavod “Mercedes” şirkətinin Almaniyadan kənarda ən böyük avtomobil hissələri satışı və logistika mərkəzidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər