5 Oktyabr 16:30
1 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS hərəkatı uzun müddətdir ki, İsraillə qarşıdurmaya hazırlaşır, Qəzza zolağında kilometrlərlə tunellər təşkil edir və İrandan vəsait alır.

Teleqraf.com xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.

Qeyd olunur ki, 7 oktyabr hücumundan altı ay əvvəl HƏMAS-ın Qəzza zolağındakı əsas lideri Yəhya Sinvar anklavda səfərdə olan fələstinli iş adamları ilə görüşüb.

Qəzetin məlumatına görə, Sinvar guya İsrailin “sürprizinin olacağını” deyib və Qəzza zolağının özündə hərbi əməliyyatlara hazırlıqların çoxdan getdiyinə eyham vurub.

Mənbə bildirir ki, HƏMAS faktiki olaraq Qəzzanın tunel labirintini yaxşı təchiz olunmuş istehkamlara çevirib. Bundan əlavə, HƏMAS təcrid şəraitində “heyrətləndirici raketlər, partlayıcılar və atıcı silahlar arsenalı əldə edib, eyni zamanda maliyyə və müdafiə şəbəkələri yaradır”.

Nəşr yazır ki, HƏMAS-ın bir qismi İrandan gələn on milyonlarla dolları toplamaq üçün kənardan gələn pullara arxalanıb.


Müəllif: Əsəd Məmmədəliyev