Pokrovski istiqamətində vəziyyət indi çox ağırdır. Rus qoşunları davamlı olaraq hücumlar həyata keçirməyə çalışırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın 110-cu mexanikləşdirilmiş briqadanın sözcüsü İvan Sekaç "Espreso" telekanalının efirində bildirib.
"Rusların davamlı hücum əməliyyatları Pokrovski rayonunun Qornyak və Selidovo yaşayış məntəqələri istiqamətində aparılır. Rus qoşunları bu istiqamətdə irəliləməyə çalışırlar. Ruslar daima hücuma keçirlər, düzünü desək, çoxlu yaralılarımız var”, - deyə Sekaç bildirib.