5 Oktyabr 12:34
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Beynəlxalq sistem işləmir".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “CNN Türk”telekanalında çıxışı zamanı deyib.

O bildirib ki, bu gün dünyanın fərqli regionlarında baş verən hadisələr də bunu göstərir.

N.Kurtulmuş söyləyib ki, bu gün bəzi dövlətlərin riyakar addımlarının əsas səbəblərindən biri də məhz beynəlxalq sistemin fəaliyyətsizliyidir.

TBMM sədrinin sözlərinə görə, hazırda bir çox terror təşkilatları, o cümlədən PKK vasitəsilə Türkiyəyə təzyiq edilir: "İndi regionda terror dövləti yaratmaq istəyənlərin əsas məqsədi Türkiyədəki sabitliyə mane olmaqdır. Biz gözüaçıq olmalıyıq".

N.Kurtulmuş Yaxın Şərqdəki müharibənin genişlənə biləcəyi barədə xəbərdarlıq edib: “Bunun qarşısını almaq lazımdır. Həmrəylik nəticəsində müharibənin genişlənməsinə mane ola bilərik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər