Türkiyə parlamenti oktyabrın 8-də qapalı iclasda İsrailin bölgədəki hərəkətlərini və onun yaratdığı təhdidləri dəyərləndirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş məlumat yayıb.
“Hökumət 8 oktyabrda İsrail mövzusunda parlamentə məlumat verəcək. Xarici işlər və müdafiə nazirləri vəziyyətlə bağlı məruzə edəcəklər”, - o bildirib.
Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın İsrailin növbəti hədəfinin Türkiyə olduğu barədə açıqlaması geniş rezonansa səbəb olub. Bu səbəbdən CHP-nin parlament fraksiyası Böyük Millət Məclisinin qapalı toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış edib.