5 Oktyabr 08:49
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monteneqroda insan alveri ilə məşğul olan və dəstə üzvü olmaqda şübhəli bilinən 13 nəfəri həbs edilib.

Teleqraf.com xəbər verir ki, hüquq-mühafizə orqanları Pakistan, Banqladeş, Hindistan, Nepal və Suriyadan olan 352 nəfəri Monteneqroya qaçaqmalçılıq yolu ilə gətirməkdə şübhəli bilinən 13 insan alverçisinin həbs edildiyini açıqlayıb. Əməliyyat Bosniya və Herseqovina ilə sərhədə yaxın yerləşən Plyevlya şəhərində keçirilib, saxlanılan üç nəfərin dəstə başçıları olduğu bildirilib.

Qeyd edək ki, ötən ilin iyul ayından Monteneqroda qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün sərhəddə polislə yanaşı, Avropa sərhədlərinin mühafizəsi agentliyinin (“Frontex”) əməkdaşları da xidmət aparır. Cari ilin ilk 8 ayında Monteneqroya 2192 qanunsuz miqrantın daxil olduğu bildirilib. Monteneqro Avropada Balkan miqrant marşrutunun əsas hissəsidir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər