5 Oktyabr 15:06
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livan "Hizbullah" hərəkatının baş katibi postuna əsas namizəd hesab edilən Haşim Safi əd-Din İsrailin Beyruta hücumu nəticəsində öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Safi əd-Din cümə günü İsrail ordusunun Beyrutun cənub ətrafına endirdiyi zərbə nəticəsində öldürülüb. Onunla birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun bir neçə zabiti öldürülüb.

Həmçinin qeyd olunub ki, İsrailin Livana hücumları xilasetmə qruplarına Səfiəddinin tapıla biləcəyi yerlərdə axtarış aparmağa imkan verməyib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər