Qadın həndbolçulardan ibarət “Azəryol" komandası Avropa Kubokunda ilk oyununa çıxıb.
Teleqraf.com xəbər verir ki, təmsilçimiz Ukraynanın "Qaliçanka" klubu ilə qarşılaşıb. Bakıda “AHF Arena” İdman Kompleksində keçirilən matç rəqibin 36:22 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında cavab matçı 1 gün sonra eyni məkanda baş tutacaq.