7 İyul 20:28
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin birinci rübündə Gürcüstanın ümumi xarici borcu 24,5 milyard ABŞ dolları təşkil edib ki, bu da ümumi daxili məhsulun (ÜDM) 78,7 faizinə bərabərdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının saytında məlumat yerləşdirilib.

Bildirilir ki, ümumi xarici borc 2024-cü il martın 31-nə 66,5 milyon ABŞ dolları, əməliyyat dəyişiklikləri ilə əlaqədar 275,8 milyon, digər dəyişikliklər nəticəsində 29,3 milyon, qiymət dəyişiklikləri ilə əlaqədar 1,2 milyon dollar artıb.

Bununla belə, milli pul vahidi larinin ABŞ dollarına nəzərən məzənnə dəyişikliyi əsasında xarici borcda 239,8 milyon dollar azalma qeydə alınıb.

Ümumi məbləğin 11,1 milyard dollarını dövlət borcu (ÜDM-in 35,5 faizi) təşkil edib. Lakin bunun da yalnız 8,5 milyard dolları xalis dövlət borcu, 861,3 milyon dolları Milli Bankın öhdəlikləri, qalanı isə dövlət müəssisələrinin borcudur.

Hesabat dövründə bank sektorunun borcu 7,5 milyard dollar, özəl müəssisələrin borcu 4,7 milyard dollar, şirkətlər arasında borc isə 3 milyard dollar olub.

Xarici valyutada olan borcun ümumi borcda xüsusi çəkisi 88,8 faiz təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər