7 İyul 23:27
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turu başa çatıb.

Teleqraf.com xəbər verir ki, ikinci turun nəticələrinə görə, siyasi bloklardan heç biri 289 mandatın mütləq əksəriyyətini əldə edə bilməyib.

“Yeni Xalq Cəbhəsi” solçu alyansı Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunda Milli Assambleyada (parlamentin aşağı palatası) 175-dən 205-ə qədər yer qazanaraq liderlik edir.

Eyni zamanda, “Respublika Naminə Birlikdə” prezident koalisiyası 150-dən 175-ə qədər, sağçı “Milli Mitinq” partiyası isə 115-dən 150-yə qədər mandata malikdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər