8 İyul 14:10
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılması və münaqişənin siyasi yolla həlli istəyi bütün tərəflərin maraqlarına cavab verir.

Teleqraf.com xəbər verir ki, bunu Pekində Macarıstan Baş naziri Viktor Orbanla görüşü zamanı Çin sədri Si Cinpin deyib.

“Münaqişəyə mümkün qədər tez son qoymaq və siyasi həll yolu axtarmaq bütün tərəflərin maraqlarına uyğundur. Hazırda üç prinsipə riayət etmək son dərəcə vacibdir: qarşıdurmanın döyüş meydanından kənara yayılmasın, müharibə qızışmasın və heç kimin ocağa yağ tökməsinə imkan verilməsin'”, - Çin lideri vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər