10 İyul 08:13
364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın başçılıq etdiyi 8 ölkə Çin dövləti tərəfindən dəstəklənən "APT40" xaker qrupunu hökumət və özəl sektor infrastrukturlarını hədəfə almaqda ittiham edir.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, xaker qrupu həmçinin yüzlərlə istifadəçi adlarını və şifrələri ələ keçirməkdə günahlandırılır.

Çinə bağlı "APT40" qrupunun fəaliyyəti ilə bağlı Kanada, Yeni Zelandiya, İngiltərə, ABŞ, Almaniya, Cənubi Koreya və Yaponiya da daxil olmaqla 8 ölkə bəyanat yayıb.

Çin höküməti isə bu ittihamları rədd edərək açıqlama yayıb. Açıqlamada Çinin kiberhücumların əsas qurbanı olduğuna diqqət çəkilib və Pekinin hakerlərin hücumlarını dəstəkləmədiyi qeyd edilib


Müəllif: Arzu

Oxşar xəbərlər