İsrail təxminən 10 ay əvvəl həbs etdiyi fələstinli jurnalist Muyaz Amarneni sərbəst buraxıb.
Teleqraf.com "Anadolu Ajansa" istinadən xəbər verir ki, bu barədə jurnalistin qohumları məlumat verirb.
İsrail rəsmiləri oktyabrın 16-da heç bir ittiham irəli sürülmədən saxlanılan 36 yaşlı fələstinli jurnalist Muyaz Amarneni Əl-Zahiriyyə keçid məntəqəsində azad ediblər.
Qohumlarının sözlərinə görə, Muyaza qarşı heç bir ittiham irəli sürülməyib. Jurnalistin səhhəti pis olduğu üçün xəstəxanaya yerləşdirilib.