Türkiyənin Muğla sahillərində 108 qeyri-qanuni miqrant və insan qaçaqçılığı ilə məşğul olduqları ehtimal edilən 3 şübhəli saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu şəxslərdən 82-si Muğlanın Milas, 26-ı isə Fethiye rayonları ərazisində ələ keçirilib. Rezin və yelkənli qayıqlar vasitəsilə qanunsuz yollarla Türkiyədən başqa ölkəyə keçməyə çalışan bu insanlardan 8-i azyaşlıdır.
Miqrantların saxlanılması istiqamətində keçirilən əməliyyat zamanı onlara köməklik etdiyi ehtimal olunan üç şübhəli saxlanılıb.
Əcnəbilərdən ibarət bu, 108 nəfərlik qrup Türkiyənin Miqrasiya İdarəsinə təhvil verilib.