ABŞ-nin Federal Təhlükəsizlik Bürosu prezidentliyə namizəd Donald Trampa edilən hücumu “sui-qəsd cəhdi” kimi təsnifatlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
Rəsmilər şübhəli şəxsin təkbaşına hərəkət etdiyi qənaətindədir.
Federal Təhqiqatlar Bürosu hüquq-mühafizə orqanlarının atəş açan şəxsin kimliyini müəyyənləşdirmək üçün hələ də çalışdığını bəyan edib.
Dairə prokuroru Riçard Qoldingerin yerli mətbuata açıqlamasında hadisədə ümumilikdə iki nəfərin öldüyünü bildirərək onlardan birinin mitinq iştirakçısı, digərinin şübhəli şəxs olduğu vurğulayıb.