İsrail ordusunun Qəzzanın mərkəzindəki Nuseyrat düşərgəsindəki məktəb binasına endirdiyi zərbələr nəticəsində azı 20 fələstinli həlak olub.
Teleqraf.com xəbər verir ki, bu məlumatı “Əl-Qahirə əl-İxbariyyə” telekanalı yayıb.
Məlumata görə, əksəriyyəti qadın və yeniyetmələrdən ibarət onlarla insan yaralanıb.
Binası İsrail ordusu tərəfindən vurulan məktəbə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi nəzarət edir.
Onun ərazisində Qəzzanın digər bölgələrindən didərgin düşmüş yüzlərlə fələstinli var idi.