Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorka səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova məlumat yayıb.
Lavrov ABŞ-də BMT Təhlükəsizlik Şurasının iyulun 16-17-də baş tutacaq iclasında iştirak edəcək.
Qeyd edək ki, iyulun 1-dən BMT Təhlükəsizlik Şurasına sədrlik bir aylıq Rusiyaya keçib.