Bu gün səhər bir neçə fəal Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışını dayandırmağa çalışıb.
Teleqraf.com xəbər verir ki, Rusiya XİN rəhbəri Təhlükəsizlik Şurasının iclasında çıxışına başladığı zaman onlar Təhlükəsizlik Şurasının zalının qalereyasındakı yerlərindən ayağa qalxaraq "Girovları azad edin" – deyə qışqırmağa başlayıblar.
BMT-nin təhlükəsizlik xidmətinin əməkdaşları cəld reaksiya verərək Lavrovun çıxışına müdaxilə edənləri zaldan çıxarıblar.
BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə Lavrovun BMT Təhlükəsizlik Şurasındakı çıxışını kəsməyə cəhd edənlərin İsrail nümayəndə heyətinin qonağı olduqlarını bildirib