Amerika prezidenti Co Bayden Donald Trampı dəstəklədiyinə görə milyarder İlon Maskı tənqid edib.
Teleqraf.com xəbər verir ki, o, Maskı "seçkiləri satın almağa cəhd"də ittiham edib.
"Mən Elon Mask və onun varlı dostlarının seçkiləri satın almağa çalışmasından sarsıldım" - deyə Co Bayden vurğulayıb.
Xatırladaq ki, İlon Mask dəfələrlə qarşıdan gələn seçkilərdə respublikaçı Donald Trampa səs verəcəyini bəyan edib.