18 İyul 12:21
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin nüvə bombasının yaradılmasının qadağan edilməsi ilə bağlı verdiyi fətva ölkədə heç bir müzakirə mövzusu ola bilməz, bu qərar dəyişməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Telegram kanalında ölkənin xarici işlər naziri Əli Baqiri Kaninin fikri dərc edilib.

“Nüvə məsələsində sərhədlərdən kənara çıxmaq niyyətində deyilik. Bu, İran rəhbərinin fətvasıdır. Onun verdiyi əmr və fətvaların icrası məcburidir" - mətndə bildirilir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər