19 İyul 14:27
302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın rəsmiləri ilə danışıqlar aparmaq üçün Britaniya Baş Nazirliyinin ofisi olan “10 Downing Street”ə gəlib.

Teleqraf.com xəbər verir ki, onu Böyük Britaniyanın baş naziri Kir Starmer qarşılayıb.

Böyük Britaniyaya üçüncü səfərini edən Ukrayna Prezidenti həm də 1997-ci ildə ABŞ Prezidenti Bill Klintondan sonra nazirlər kabinetində çıxış edən ilk xarici lider olacaq.

Kir Starmer V.Zelenski ilə görüşü çox xüsusi məqam adlandırıb. O, həmçinin, bu görüşün Britaniyanın Ukrayna xalqına dəstəyini bir daha ifadə etmək və Kiyevlə birlikdə olmaq əzmini bir daha təsdiqləmək üçün fürsət olduğunu deyib.

Volodimir Zelenski müharibədə Ukraynaya kömək üçün əldə oluna bilinəcək önəmli qərarları müzakirə etmək istədiyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər