ABŞ-ın 12 ştatında iki nəfərin ölümünə və onlarla insanın xəstəxanaya yerləşdirilməsinə səbəb olan listerioz epidemiyası elan edilib.
Teleqraf.com xəbər verir ki, Xəstəliklərə Nəzarət Mərkəzinin açıqlamasına görə, İllinoys və Nyu Cersi ştatlarında listeriozla bağlı iki ölüm halı qeydə alınıb, 28 xəstə müxtəlif bölgələrdə xəstəxanalara yerləşdirilib.
Bundan əvvəl Kanadada listerioz xəstəliyi aşkarlanmışdı.
Listerioz qida zəhərlənməsi kimi özünü göstərən xəstəlikdir. Xəstədə ishal, baş və əzələ ağrıları, qızdırma olur.
Daha ağır hallarda listerioz mərkəzi sinir sisteminə təsir göstərir.