20 İyul 22:09
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin husilərin hərbi hədəflərinə hücumundan sonra Yəmənin Hudeyda limanı ərazisində baş verən yanğın bütün Yaxın Şərqdə görünür.

Teleqraf.com "TASS"a istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant deyib.

Nazirin sözlərinə görə, bu yanğının əhəmiyyəti aydındır.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) son aylarda İsrailə qarşı yüzlərlə hücuma cavab olaraq Yəmənin qərbindəki Hudeyda liman şəhəri yaxınlığında Ənsar Allah (Husi) hərbi obyektlərinə zərbələr endirib.

İyulun 20-də "Ənsar Allah" (Husi) hökumətinin Səhiyyə Nazirliyi İsrailin Yəmənin qərbindəki Hudeyda liman şəhərindəki neft anbarlarına hava zərbələri endirdiyini və nəticədə ölən və yaralananların olduğunu bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər