Fransanın La Roşel şəhərində fermerlərin etiraz aksiyası zamanı 9 nəfər yaralanıb.
Teleqraf.com bu barədə BFMTV prokurorluğun məlumatlarına istinadən xəbər verir.
Yaralananlar arasında beş etirazçı və dörd polis əməkdaşı var. Hüquq-mühafizə orqanlarının 3 əməkdaşı molotov kokteylindən yüngül yanıq xəsarətləri alıb, digəri isə çiynindən xəsarət alıb.
Etirazlarda 6 minə yaxın insan kənd təsərrüfatı biznesində inhisarçı şirkətlərin “meqa hovuzlar” tikməsinə qarşı çıxıb. Polisin məlumatına görə, 500-ə yaxın etirazçı üzvləri yerli supermarketi dağıdan “Qara blok” radikal qruplaşmasına mənsub olub. Yeddi etirazçı saxlanılıb.
Etirazçılardan 1401 potensial təhlükəli obyektin götürüldüyü bildirilir.