ABŞ-də prezident seçkilərində müstəqil namizəd olan Robert Kennedi Respublikaçılar Partiyasının namizədi Donald Trampa yalnız özünün qalib gələ biləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.
“Trampa qalib gələ biləcək başqa namizəd yoxdur. Ona qalib gələ biləcəyimə inanıram", - Kennedi deyib.
Siyasətçi Tramp seçiləcəyi halda ABŞ-də vəziyyətin pisləşəcəyini bildirib.
Qeyd edək ki, kiçik Robert Kennedi ABŞ-nin sui-qəsdə uğrayaraq öldürülən 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur