Ukraynada Rusiyaya qarşı genişmiqyaslı müharibə davam edir və ərazimizdə hava qalxanının gücləndirilməsinin alternativi yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
Onun sözlərinə görə, hava qalxanının əsas komponentlərindən biri F-16 qırıcıları olacaq:
"Ukraynanın müttəfiqləri bu yay Amerika qırıcılarının ilk partiyasını təhvil alacağımıza söz veriblər. Amma bu, kifayət olmayacaq. Ruslar Ukraynaya qarşı üç tonluq idarə olunan bombalardan istifadə etdikləri ilə öyünürlər. Onların bombardmançı təyyarələri Rusiyanın sərhəd bölgələrindəki aerodromlarda yerləşir. Bu təhlükəni neytrallaşdırmaq üçün bizə hələ də yardım lazımdır", - Yermak bildirib.