23 İyul 19:11
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Məxfi Xidmətinin rəhbəri Kimberli Çitl başçılıq etdiyi qurumun ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsdin qarşısını ala bilməməsinə görə istefa verib.

Teleqraf.com xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

Daha əvvəl Kimberli Çitl Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsində keçirilən dinləmələrdə sui-qəsdi Məxfi Xidmətin “böyük uğursuzluğu” adlandırıb və bunun qarşısını almağın mümkün olduğunu etiraf edib. Dinləmələrdə iştirak edən bəzi qanunvericilər açıq şəkildə onu istefa verməyə çağırıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər