ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, cümə günü, iyulun 26-da Floridada İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
Teleqraf.com xəbər verir ki, Amerikanın keçmiş lideri bu barədə “Truth social” platformasında məlumat verib.
“Benyamin Netanyahunun xahişi ilə biz bu görüşü 26 iyul tarixinə, Florida ştatının Palm Biç şəhərindəki Mar-a-Laqoya keçirdik”, - Tramp vurğulayıb.