25 İyul 22:10
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının İnformasiya siyasəti komitəsinin sədr müavini Oleq Matveyçev "YouTube"un məhdudlaşdırılmasının vacibliyindən danışıb.

Teleqraf.com xəbər verir ki, o, "YouTube"u bloklmaq məqsədlərinin olmadığını deyib.

Matveyçev qeyd edib ki, hələlik məqsəd platformanı bloklamaq deyil, sürətini azaltmaqdır.

“Onlar ölkəmizdə dövlət əleyhinə fəaliyyət göstərir, informasiya silahı kimi çıxış edirlər. Görürük ki, orada demək olar ki, bütün media kanalları bloklanır, şəxslər bloklanır. Bu, müstəqil platforma deyil. Bu, ərazimizdə işləyən düşməndir, biz bunu aydın başa düşürük”, - deyə deputat bildirib.

O, həmçinin rusiyalı istifadəçilərə başqa platformalara keçməyi və orada hesab yaratmağı tövsiyə edib.


Müəllif: Arzu

Oxşar xəbərlər