26 İyul 08:38
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı iş adamı və milyarder İlon Mask İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Netanyahu özünün “X” sosial şəbəkə hesabında məlumat verib.

“Dünən Konqresdə çıxış etdikdən sonra Vaşinqtonda İlon Maskla görüşdüm. Biz süni intellektin imkanlarını və çətinliklərini, iqtisadiyyata və cəmiyyətə təsirini, İsraillə texnoloji əməkdaşlıq yollarını müzakirə etdik”, - Netanyahu bildirib.

Qeyd edək ki, ABŞ-də səfərdə olan Benyamin Netanyahu Amerika lideri Co Bayden və ABŞ-nin vitse-prezidenti Kamala Harrislə də görüşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər