ABŞ prezidentliyinə namizəd Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşdə vitse-prezident Kamala Harrisi tənqid edib.
Teleqraf.com xəbər verir ki, görüş Florida ştatında baş tutub.
Donald Tramp Kamala Harrisin Qəzza zolağında atəşkəs çağırışını yəhudi dövlətinə hörmətsizlik kimi qiymətləndirib.
Tramp bildirib ki, özü Yaxın Şərqdə sülhün bərqərar olması üçün mümkün olan hər şeyi etməyə hazırdır. Bundan əlavə, o, Amerika kolleclərində antisemitizmlə mübarizə aparacağını vəd edib.