İsrail Qəzza zolağında atəşkəs razılaşması və girovların azad edilməsi üçün yenilənmiş təklifini ABŞ-yə təqdim edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Yeni təklifdə Qəzza zolağının cənubundan şimalına silah ötürülməsinin və yaraqlıların keçməsinin qarşısını almaq üçün xarici mexanizmin yaradılmasından bəhs edilir.
Həmçinin təklifdə İsrail Müdafiə Qüvvələrinin yenidən yerləşdirilməsindən, eləcə də anklav və Misir sərhədində Filadelfiya dəhlizi adlanan ərazidə onların mövqelərinin qorunub saxlanmasından danışılır.