İran prezidenti Məsud Pezeşkian Məhəmməd Rza Arefi birinci vitse-prezidenti təyin edib.
Teleqraf.com xəbər verir ki, Məhəmməd Rza Aref 73 yaşlı islahatçı siyasətçidir, eyni zamanda Məhəmməd Hatəmi administrasiyası dövründə birinci vitse-prezident olub və İran prezidenti Məsud Pezeşkianın sərəncamı ilə İranın 14-cü hökumətinin birinci vitse-prezidenti vəzifəsinə təyin edilib.
O, həm də İran parlamentinin üzvü olub və Tehranı təmsil edib. Hazırda o, Mədəni İnqilab Ali Şurasının üzvüdür.