29 İyul 01:39
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiya baş nazirinin müavini Tomaş Taraba açılış mərasimindən narazı olduğu üçün Paris-2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasiminə getməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, siyasətçi bu barədə öz Feysbuk hesabında məlumat verib.

“Mən bağlanış mərasimində Slovakiyanı təmsil etməli idim. Lakin normal dünya üçün bu Olimpiada həmişə idmanın gözəlliyindən sui-istifadə edən və onu mütərəqqi siyasi teatra çevirən iyrənclik rəmzi olaraq qalacaq. Buna görə də mən bağlanış mərasimində iştirak etməmək qərarına gəldim.”, - deyə siyasətçi bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər