29 İyul 08:00
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail mediasının məlumatına görə, İsrail ordusu Livanın cənubundakı "Hizbullah" mövqelərinə zərbələr endirir.

Teleqraf.com xəbər verir ki, İsrailin rəsmi televiziyası KAN-ın məlumatına əsasən, İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın cənubundakı sərhədə yaxın "Hizbullah"ın nəzarətində olan məntəqələrə hücumlar təşkil edir.

Hava hücumu ilə bağlı ətraflı məlumat verilməyib. İsrail ordusu hələlik bu mövzu ilə bağlı açıqlama yaymayıb.

Livan tərəfi də hücumlarla bağlı hər hansı bir açıqlama verməyib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər