Almaniyanın ən böyük kimyəvi konserni BASF-ın zavodunda baş vermiş partlayış nəticəsində yaralananların sayı 18-ə çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə barədə məlumatı "Bild" qəzeti yayıb.
Nəşrin məlumatına görə, yerli vaxtla saat 12:00 radələrində Lüdviqshafendə BASF zavodunda partlayış baş verib və partlayış yanğının baş verməsinə səbəb olub.
Şirkət ilkin olaraq 15 yaralının yüngül xəsarətlər aldığını və ehtiyat tədbiri olaraq zavod klinikasına aparıldığını açıqlamışdı. Qəzet isə aydınlaşdırıb ki, onların sayı 18-ə çatıb.
İnsidentin səbəbi çox güman ki, üzvi həlledicinin sızması olub. Şəhər rəsmiləri sakinlər üçün heç bir təhlükənin olmadığını bildirib.